UEFA Çempionlar Liqasınında mübarizə sona yaxınlaşır.

Artıq yarımfinalın digər oyunu da keçirilib. “Pari Sen Jermen” “Mançester Siti”ni qəbul edib. Parisdə təşkil olunan matçda hesabı meydan sahibləri açıblar. Maurisio Poçettinonun komandası 15-ci dəqiqədə fərqlənib. Markinyos azarkeşlərini sevindirib. Fasiləyə üstün yollanan PSJ ikinci yarıda təşəbbüsü əldən verib. İngiltərə təmsilçisi 64-cü dəqiqədə tarazlığı bərpa edib. Kevin de Brüyne fərqlənib. Qoldan ruhlanan komanda hücumlarını daha da gücləndirib. Nəticədə Qvardiolanın komandası 71-ci dəqiqədə önə keçib. Bu dəfə Riyad Mahrez diqqət mərkəzinə düşüb – 2:1. Çox keçmədən meydan sahibləri daha bir zərbə alıblar. PSJ-nin heyətində İdrissa Geye qırmızı vərəqə ilə cəzlandırılıb. Qalan vaxtda qol vurulmayıb. “Mançester Siti” 2-1 hesabı ilə qalib gəlib. Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyun günündə İngiltərənin digər klubu "Çelsi" İspaniyada "Real Madrid"lə heç-heçə edib - 1:1. Cavab qarşılaşmaları mayın 4-də və 5-də olacaq.